İzzət Bağırov:
    • 27-11-2019, 21:27
    • 1 476

İzzət Bağırov: "Necə qıza deyəsən ki, ərə gedəndən sonra qapımı döymə?"

"Ailəsi, uşaqları olan adam haqda efirdə danışmağa dəyməz".
News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "5/5" verilişində deyib. Sənətçi proqramda qonaq olan aktrisa Nəzakət Məmmədovanın keçmiş ərindən danışmasını qınayıb.

İzzət daha sonra aktrisanın "Uşaqlarıma demişəm ki, ailə qurdunuzsa, ayrılmaq yoxdur. Qızıma demişəm, ərər gedəndə problemin olsa, qapımı döymə" sözlərinə etiraz edib:

"Düz söhbət deyil. Elə şey demək olar? Necə qıza deyəsən ki, qapımı döymə? Qızım olmasa da, evimə üç qız gələcək, gəlinim olacaq".