-
- 25-11-2019, 21:05
- 1 422
Şadlıq evində İzzət Bağırova hücum - Manaf Ağayev işə qarışdı və...
Bir müddət öncə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova görə dava baş vermişdi.
News24.az xəbər verir ki, sonradan İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər biri-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. İ.Bağırov da sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.
Məsələ ilə bağlı açıqlama verən müğənni Manaf Ağayev bildirib ki, sözügedən barışığın əldə olunmasında ağsaqqallıq edib:
"Bu işdə ağsaqqallığı mən etmişəm. Hamı bilir ki, İzzət Bağırov dava-dalaş adamı deyil. Hər şey bir anda baş vermişdi. Məclisdə bir nəfər söyüş işlətmişdi. O, mikrafonu qoyub gedəndə həmin şəxs qarşısını kəsmişdi, İzzətin mühafizəçisi də onu vurmuşdu. Hər şey təsadüfən baş vermişdi./redaktor.az