Şəkidə çörək sexində partlayış oldu
    • 28-11-2019, 21:46
    • 855

Şəkidə çörək sexində partlayış oldu

Şəkidə çörək sexində partlayış baş verib.

News24.az bildirir ki, partlayış nəticəsində çörək sexinin işçisi 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.


Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.