SON DƏQİQƏ! Qaxda partlayış - XƏSARƏT ALANLAR VAR
    • 8-10-2019, 11:37
    • 1 283

SON DƏQİQƏ! Qaxda partlayış - XƏSARƏT ALANLAR VAR

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

Bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır. /report/