Bakıda 8 avtomobilin toqquşduğu zəncirvari qəzanın VİDEOSU
    • 29-11-2019, 11:33
    • 882

Bakıda 8 avtomobilin toqquşduğu zəncirvari qəzanın VİDEOSU

Bakının Sabunçu rayonunda – Aeroport yolunda 8 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

News24.az-ın məlumatına görə, yolun mərkəz istiqamətinə, yəni Sabunçu körpüsü tərəfə gələn hissəsində eyni istiqamətdə sürətlə hərəkət edən avtomobillər öndə gedən maşının qəfil əyləci basması səbəbindən toqquşub.

Nəticədə 8 maşın əzilib, xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.

Baş vermiş hadisənin videosunu təqdim edirik: