Bakıda zəncirvari yol qəzası baş verib- VİDEO
    • 14-11-2018, 13:18
    • 787

Bakıda zəncirvari yol qəzası baş verib- VİDEO

Bu gün səhər saatlarında Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib.

News24.az redaksiyasına daxil olan məlumata görə, 4 maşının toqquşması ilə nəticələnən yol qəzasında, ölən və yaralanan yoxdur.

Qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, qəzanın səbəbləri araşdırılır.

A. Şəlalə