Administrasiyaya yeni şöbə müdirləri təyin edildi - Sərəncam
    • 29-11-2019, 18:50
    • 850

Administrasiyaya yeni şöbə müdirləri təyin edildi - Sərəncam

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.
Administrasıyadan News24.az -a daxil olan məlumata görə, Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.
Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycan Prezidentinin yeni köməkçiləri və Azərbaycan Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.
Prezident Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncamını təqdim edirik:
1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.