-
- 30-11-2019, 23:03
- 1 776
Keçmiş hakim vəfat etdi
Binəqədi, Yasamal, Sumqayıt, Gəncə rayon məhkəməsinin hakimi vəzifəsində çalışmış Svetlana Ələsgər qızı İsmayılova dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, Svetlana Ələsgər qızı İsmayılova övladının vaxtsız vəfatı ilə bağlı, səhhətində yaranan problemlərə görə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən istefa vermişdi.