Azərbaycanda nüfuzlu şəxs vəfat etdi - FOTO
    • 4-12-2018, 10:23
    • 1 558

Azərbaycanda nüfuzlu şəxs vəfat etdi - FOTO

Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi vəfat edib.

Məhkəmənin təcrübəli hakimlərindən biri, 1961-ci il təvəllüdlü Turqay Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, T.Hüseynov uzun müddət müxtəlif-hüquq mühafizə orqanlarında çalışıb və 2007-ci ildən Nərimanov rayon Məhkəməsinin hakimi idi. O, bir müddət əvvəl səhhəti ilə əlaqədar işdən çıxmışdı.

Allah rəhmət eləsin.
 
//Publika.az