Generalın kriminal avtoritetə görə həbs edilən bacısı oğlun barədə YENİ XƏBƏR
    • 1-12-2019, 12:29
    • 807

Generalın kriminal avtoritetə görə həbs edilən bacısı oğlun barədə YENİ XƏBƏR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsdə olan qarovul rəsinin işinə yenidən baxılacaq.
News24.az -ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci, yəni, rüşvət alma - təkrar törədildikdə maddəsi ilə ittiham edilərək təqsirli bilinən və məhkum edilən Səmədov Ceyhun Hüseyn oğlu barəsindəki işə Ali Məhkəmədə baxılacaq. İşə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iş üzrə 7 nəfər zərərçəkən şəxs qismində tanınıb. Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa (kriminal avtoritetlər Qoca ləqəbli Etibar Məmmədov və Əli Ağami) görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində cinayət işi açılıb.
Hadisəyə gəlincə qarovul rəisi C.Səmədov və digər vəzifəli şəxslər Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağaminin müşayiət altından qaçmasına şərait yaratmalarına görə təqsirli biliniblər. Bundan sonra onların digər əməlləri də üzə çıxıb.
Qarovul rəisi Ceyhun Səmədovun ədliyyə generalı Hüseyn Əlixanovun bacısı oğlu olması faktı üzə çıxdıqdan sonra general işdən çıxarılıb.