Deputat çimərlikdə futbol oynadı - FOTO
    • 6-07-2018, 12:29
    • 2 008

Deputat çimərlikdə futbol oynadı - FOTO

Gedib pullarını orada-burada xərcləyənlər anlasalar ki, sağlamlıq da, az məsrəflə istirahət də elə buradadır, ancaq özlərinə yaxşılıq etmiş olarlar.

Bunu millət vəkili Fazil Mustafa deyib.

“Qum futbolu mövsümü başladı. Mövsümün ilk qolunu da vurduq”, - deyən millət vəkili bildirib ki, Allahın Azərbaycana verdiyi nemətlərin qədrini bilmək lazımdır. “İdmanı sevin, dənizi sevin, yenicə doğan gün işığından faydalanın, o zaman Azərbaycanı daha çox sevəcəksiniz”, - deyə o, əlavə edib.
// Oxu.az