Küləkli hava 3 qəzaya səbəb oldu - YOLLARDAKI SON VƏZİYYƏT
    • 2-12-2019, 11:19
    • 607

Küləkli hava 3 qəzaya səbəb oldu - YOLLARDAKI SON VƏZİYYƏT

Bakıda davam edən küləkli hava şəraiti bağlı yollardakı son vəziyyət açıqlanıb.

News24.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yollarda hərəkətin fasiləsiz davam etdiyini deyib:“Hal-hazırda bütün istiqamətlər üzrə hərəkət normaldır. Hər bir sürücü rahat və fasiləsiz hərəkət edir. Bu gün Bakı şəhəri üzrə maddi zərərlə nəticələnən 3 yol qəza hadisəsi baş verib”.

V.Əsədov sürücü və piyadalara səslənib: “Bütün hərəkət iştirakçıları tövsiyəmiz odur ki, diqqətli olsunlar. Ən azı öz təhlükəsizliyinin təmin edilməsi naminə yol hərəkəti haqqında qanunun tələblərini düzgün yerinə yetirməyə çalışsınlar. Eyni zamanda bu tələblərin də başqaları tərəfindən yerinə yetirilməsini də şərait yaratsınlar, tələb etsinlər. Bizim təhlükəsizliyimiz öz əlimizdədir. Hər kəs polisin müdaxiləsi olmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Keçmə növbəliyini düzgün yerinə yetirməlidir. İşıqforun tələblərini bilməli və bu tələblərə uyğun hərəkət üstünlük verməlidir.  Yol nişanlarının da tələbləri yaddan çıxmamalıdır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü qış fəslinin gəlməsi ilə əlaqədar sürücülərin diqqət yetirməli olduğu məqamları açıqlayıb:“Artıq hava şəraiti dəyişir, qışa doğru gedirik. Sürücülər mütləq mövsümi təkərlərin olmasına, isitmə və soyutma sistemlərini “Anti-freez” kimi tanınan maye ilə təhciz edilməsinə, avtmobilin texniki cəhətdən saz olmasına, şüşə silənlərin işləməsinə, işıq cihazlarının hamısının yanmasına diqqət etməlidir. Həmçinin hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının aydın görünməsinin təmin edilməsi, onun işıq cıhazları ilə birgə təmiz saxlanılması sürücünün funksial vəzifəsidir”.

Teymur Məmmədov