-
- 6-08-2019, 15:08
- 1 057
Güclü külək bir neçə insanın ölümünə səbəb oldu - Vaqif Əsədov
"Avqustun 5-də güclü küləyin əsməsi, yolların toz-duman olması səbəbindən maşın sürmək çətinləşib. Əlverişsiz hava şəraiti maddi zərərlə nəticələnən yol qəza hadisəsinin baş verməsinə səbəb olub. Hətta ölümlə də bağlı hadisələr qeydə alınıb".
Bunu News24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır: "Bəzi ərazilərdə ağaclar maşınların üstünə düşüb, budaqlar qırılaraq yolların hərəkətinə mane olub, nəticədə insanlara maddi ziyan dəyib. Dünən özüm də bunun şahidi oldum ki, ağac iki maşının üstünə düşdü. Eyni zamanda, binadan daşın maşının üstünə düşdüyünü gördüm. Xüsusilə, Bakı-Hövsan yolunda o qədər toz olub ki, yollarda hərəkəti belə görmək mümkün olmayıb".
V. Əsədov əhaliyə əlverişsiz hava ilə bağlı olunan müraciətin müsbət nəticə verdiyini deyib: «Dünən elə səhər saatlarında həyəcan siqnalı verildi, bütün şəxsi heyətə xəbərdarlıq edildi. Biz də əvvəlcədən əhaliyə xəbərdarlıq etdik ki, ağaclar altında maşın saxlamayın, qapalı şəraitdə avtomobillərin saxlanmasına üstünlük verin. Bu tövsiyələrə çoxları riayət etdi. Yoxsa daha çox maddi zərərlə yadda qalan hadisələr baş verə bilərdi. Etiraf edilməlidir ki, bizim verdiyimiz xəbərdarlıqdan sonra sanki ərazilərdə maşınların hərəkəti ilə bağlı say da azaldı".
Afaq Mirayiq