Elmar Məmmədyarov onu qəbul etdi
    • 2-12-2019, 20:24
    • 1 078

Elmar Məmmədyarov onu qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.
News24.az xəbər verir ki, Məmmədyarov Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.