Məktəb avtobusu kranla TOQQUŞDU
    • 3-12-2019, 09:29
    • 666

Məktəb avtobusu kranla TOQQUŞDU

Məktəb avtobusu və yük kranı toqquşub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə Kanadanın Smoki-Leyk şəhəri yaxınlığında baş verib. Toqquşma nəticəsində 3 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda sürücü və 14 ibtidai və lisey şagirdi olub.

Üç uşaq, o cümlədən iki yeniyetmə ağır vəziyyətdə Smoki-Leykdən 115 km şimal-şərqdə yerləşən Edmonton Uşaq Xəstəxanasına aparılıb.

Qalan uşaqlar və nəqliyyat vasitələrinin sürücüləri ciddi xəsarət almayıblar. Polis qəzanın bütün səbəblərini araşdırır.