Bakıda sərnişin avtobusu qatarla toqquşdu, ölən və yaralananlar var- YENİLƏNİB
    • 1-10-2018, 15:42
    • 1 170

Bakıda sərnişin avtobusu qatarla toqquşdu, ölən və yaralananlar var- YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

Toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.
Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib. 
//report