Kişi keçmiş arvadı tərəfindən ölümlə hədələndi -yeni doğulan uşağı öldü
    • 3-12-2019, 23:56
    • 738

Kişi keçmiş arvadı tərəfindən ölümlə hədələndi -yeni doğulan uşağı öldü

Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.
News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.
O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.