Tərtərdə avtomobil aşdı - ÖLƏN VAR
    • 16-03-2020, 13:24
    • 743

Tərtərdə avtomobil aşdı - ÖLƏN VAR

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, martın 14-də saat 23 radələrində Tərtər şəhəri ərazisində Bayandur kənd sakini A.Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Ələsgərli kənd sakini Nuranə İsayeva xəstəxanaya yerləşdirilmiş və martın 15-də orada ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır