"Niyammədin Musayev Rafael Dadaşovun yanına getmək istəyib, AMMA...
    • 4-12-2019, 15:23
    • 1 456

"Niyammədin Musayev Rafael Dadaşovun yanına getmək istəyib, AMMA..."

"Atamın vəziyyəti yaxşılığa doğru gedir. Ola bilsin ki, sabah artıq palataya köçürülsün".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova deyib. O, bildirib ki, həkimlər atasının sağlamlığı ilə bağlı çox ümidlidirlər: "Bir qədər əvvəl yanındaydım. Vəziyyəti stabildir. Həkimlər deyir ki, sabah palataya köşürüləcək". 

S.Dadaşova qeyd edib ki, Xalq artistinin müalicə xərclərini Mərkəzi Neftçilər Xəstəxanası öz üzərinə götürüb: "Xəstəxana xərcləri məsələsi həll olundu. Bütün xərcləri xəstəxana qarşılayacaq".

Sənətçinin qızı Rafael Dadaşovla bağlı narahat olub zəng edənlərə, mesaj yazanlara təşəkkür etməyi də unurmayıb:"Sağ olsun, atamı sevənlər, onların hər birinə təşəkkür edirəm. Hər gün maraqlanırlar, zəng edirlər. Sənət dostlarından çox adam bura gəlmək istəyir. Amma reanimasiyaya məndən başqa heç kəsi buraxmırlar. Dəyərli sənətkarımız Niyammədin Musayev yanına getmək istəyirdi, amma buraxmadılar".

Qeyd edək ki, Xalq artisti ürək çatışmazlığınızdan həm də pnevmaniyadan əziyyət çəkir.

Sevda Bayramova