Ciyərinə su yığılan Xalq artistinin yeni görüntüsü MƏYUS ETDİ - FOTO
    • 14-01-2020, 15:00
    • 1 011

Ciyərinə su yığılan Xalq artistinin yeni görüntüsü MƏYUS ETDİ - FOTO

Xalq artisti Rafael Dadaşovun sosial şəbəkədə yayılan yeni görüntüsü diqqət çəkib.

Tanınmış viner Elçin Xalq artistini evində ziyarət edərək çəkdirdiyi fotonu İnstagram hesabında paylaşıb.

Ciyərinə su yığılan Xalq artistinin xeyli çəki atması fotodan aydın sezilib. 

Vinerin izləyiciləri fotoya xoş sözlər yazıblar və Dadaşovu Azərbaycanın Alen Delonu adlandırıblar.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb. /Baku.ws/