-
- 4-12-2019, 17:10
- 939
"Qıjı" toy parodiyası, ləhcə ilə zarafatlar..." - GƏNC AKTYORDAN SƏRT SÖZLƏR
Gənc aktyor Rüfət Nəzər sosial şəbəkədə sərt fikirlər yazıb.
News24.az xəbər verir ki, aktyor ad çəkmədən yumorist aktyorların ünvanına sərt ifadələr işlədib: "Ermənilərin başı batsın, komediya sayəsində Rusiyanın həm səhnəsində, həm də televiziyasında "at oynadıb, oyun çıxarırlar". Bizim milli satiramızda isə cütlüklərin qadınlar və seksual azlıqlarının parodiyasından başqa heç nə yoxdur. Yumorumuzun səviyyəsi budur? Neyləsələr, yenə də "Planet Parni iz Baku" nəyisə alındırır. Başqaları isə ancaq transseksuallara bənzəyirlər, illərdir səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görməkdən çox pis oluram. Bu "qıjı" yumorundan uzaq, o qədər bacarıqlı gənclərimiz var ki… Amma bu yarıkişi, yarıqadınlar o qədər yumorumuzu zəhərləyiblər ki, camaat başqa nəsə qəbul etmir. "Qıjı" toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız ləhcə ilə zarafatlar... Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı ağıllı elə danışırlar ki…"
Sevda Bayramova