"Məndən uzaq olsun" - XƏYALƏ QULİYEVADAN GÖZLƏNİLMƏZ SÖZLƏR
    • 9-11-2019, 10:39
    • 1 445

"Məndən uzaq olsun" - XƏYALƏ QULİYEVADAN GÖZLƏNİLMƏZ SÖZLƏR

Aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə gözlənilməz sözlər yazıb.

News24.az
xəbər verir ki, Quliyeva paylaşımında özündən başqa heç kimə güvənmədiyini qeyd edib: "Kədərlənmək istəmirsənsə, səni dəfələrlə üzənin arxasınca getmə. O yolun sonunda xoşbəxtlik yoxdur. Şəxsən mən dəyər bilməyən hər kəsdən üzümü çevirdim. Yaxşı olsun, xoşbəxt olsun, amma məndən uzaq olsun. Sizə nə qədər qiymət verildiyini rəftardan müəyyən edə bilərsiniz... Zənglərdən sizə nə qədər ehtiyac olduğunu... Və yalnız zaman göstərir ki, kimin üçün həqiqətən də qiymətlisiniz. Həyatda özünü, yalnız səni yuxarı darta biləcək insanlarla əhatə elə. Çünki artıq həyat ayağından aşağı çəkəcək insanlarla doludur! Ağacda oturan quş heç vaxt budağın qırılmasından qorxmaz. Çünki onun güvəni budağa deyil, öz qanadlarınadır. Dediyim odur ki, özünüzdən başqa heç kimə güvənməyin. Ağ qızılgülün də kölgəsi qara olur". 

Sevda Bayramova