"Biz artıq "qıjı"yıq" - Səidə Sultan
    • 20-08-2018, 10:33
    • 3 124

"Biz artıq "qıjı"yıq" - Səidə Sultan

Müğənni Səidə Sultan söz-söhbətə səbəb olan videosunu şəxsi instagram hesabın paylaşıb. 

İfaçı bəzi müğənni və dinləyiciləri bayağılıqda günahlandırıb:

"Heç vaxt demirdim, amma indi deyirəm. "Qıjı"laşmışıq! Biz artıq "qıjı"yıq. Kiminsə xətrinə dəyir, kimsə özünə götürürsə, halal xoşu. Çox heyif ki, mahnılarımız, davranışımız qıjılara görə bərbadlaşıb. Hətta şəhərimiz də pis günə qalıb. Görün iş hara gəlib çıxıb ki, sizlərə görə azərbaycanlılarımız bu şəhərdən çıxıb gedir. Ay "qıjı"lar, çoxsuz... Nə edək? Dözməliyik? Bilmirəm. Allah özü səbəb salsın. Gəlin bir "qıjı" bayramı keçirək".

Əsəblərini cilovlaya bilməyən S.Sultan instagramda canlı yayım açaraq açıqlamalarına belə davam edib:

“Adamlar zövqsüzləşib. “Bambılı” musiqilərə qulaq asırlar. Kiməsə söz atmıram, faktı deyirəm. Düşük mahnılar dinləyirlər – “lələ”, “lülə”, “ay”, “oy”. Ayıbdır. Adama gülərlər. Onları da qınamıram, “bambılı” musiqiçilər o qədərdir ki...  “manıslar”, “civilər”.

Onlar dəbə düşdü. Ömür boyu onlar getdiyimiz toylarda “sex müğənniləri” olublar. “Instagram” sayəsində birinci olublar. Səhnə indi toyxanadır, şou yoxdur”.