Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
    • 4-12-2019, 22:01
    • 1 036

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən News24.az -a bildirilib ki, tədbir müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu bildirib, yubileylər münasibətilə Allahşükür Paşazadə Həzrətlərini təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı arzulayıb.