Prezident İlham Əliyevdən Allahşükür Paşazadə ilə bağlı SƏRƏNCAM
    • 9-04-2019, 17:04
    • 3 087

Prezident İlham Əliyevdən Allahşükür Paşazadə ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə Sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, tədbirlər planını hazırlayıb həyata keçiriləcək. Eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.