Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün VAXTI BƏLLİ OLDU
    • 5-12-2019, 09:25
    • 608

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün VAXTI BƏLLİ OLDU

Ötən gün Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN-in rəhbəri Zöhrab Mnatsakanyan arasında görüşü baş tutub.

News24.az xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayevanın verdiyi məlumata görə, nazirlərin görüşündə geniş fikir mübadiləsi aparılıb. Mövcud vəziyyəti, münaqişənin gələcəkdə sülh yolu ilə həll yollarını müzakirə etdilib. 

L.Abdullayeva həmçinin qeyd edib ki, nazirlətin növbəti görüşü 2020-ci ilin əvvəlində baş tutacaq.