-
- 6-12-2019, 14:05
- 1 936
Fəlakətdən boşanma xəbərinə REAKSİYA: "Danışanda öz ailələrinə baxsınlar"
Bir neçə müddətdir Fəlakət kimi tamaşaçı sevgisi qazanan aktyor Elşən Ocurovun ailəsində problemlər yaşandığı danışılır.
Aktyor News24.az-a açıqlamasında hər şeyin yaxşı olduğunu deyərək, şayiələri yalanlayıb: "Ailəmlə bağlı hər sey yaxşıdır. Bilmirəm niyə mənim haqqımda belə yazılar yazırlar?! İstəməzdim mən bu haqda danışım. Yalan məlumatdır, belə bir şey yoxdur. Bunu yalnız reytinq xatirinə edirlər. Nəyisə danışanda dönüb öz ailələrinə, arxasındakı insanlara baxsınlar. Hərənin öz fikri, öz baxışı var. İnsanlara mən maraqlıyam. Ailəm mənə məxsusdur. İşlərimi də təqdim edirik".
Bu günlərdə "Youtube"da yeni internet verilişinin aparıcılığına başlayan aktyor, növbəti qonağının Elməddin Cəfərov olacağını deyib: "İlk dəfədir ki, Fəlakət veriliş aparır. Onun öz yanaşması, öz yansıması var. İynəli suallar da var həmin zarafatların içərisində...İnanıram ki, heç kəs məndən inciməyəcək. Bu verilişin efirdə yayımlanması təklif olunsa bu barədə düşünmək olar. Verilişin keyfiyyətli olmasına çalışırıq. Sözsüz ki, yaxşı ssenari üçün mütləq zaman lazımdır. Tənqid etmirəm, bəzi nüansları çatdırmalıyam. Filmərin dayanmasının səbəbi biz deyilik, ümümi problemlər var. Bu problemlərin öz həllini tapacağına inanıram".
Elşən Orucov çəkildiyi filmlərdə aldığı qonorarlardan da danışıb: ""Bu Şəhərdə" kollektivindən də təklif gəlsə razı olaram. Məni hər yerdə görmək olar. Çünki, mən hamı ilə dostluq edirəm. Yaxşı təklif olsa, əbəttə! Ən böyük qonararın qədərini deməyəcəm. Sadəcə ətrafımdakılara qıcıq yaratmasın deyə istəmirəm açıqlamaq. Azərbaycanda ən çox qonorar alanlar sırasında birinciyəm".
Sevda Bayramova