"Dahiyəm, məndən yoxdur"- Elməddindən GÖZLƏNİLMƏZ SÖZLƏR - FOTO - VİDEO
    • 6-11-2019, 15:37
    • 1 547

"Dahiyəm, məndən yoxdur"- Elməddindən GÖZLƏNİLMƏZ SÖZLƏR - FOTO - VİDEO

""Leyli və Məcnun" serialına başladıq. Düzdür, çətinliklərimiz çox oldu, hətta ilk bölümlərini özüm də bəyənmədim, amma düşünürəm ki, bir az keçəndən sonra yaxşı nəticəni əldə edəcəyik. Bir sözlə partlayış olacaq". 

Bu sözləri News24.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. O, bildirib ki, həyata keçirdiyi hər layihənin keyfiyyətli olması üçün çalışır: "Hər kəs tamaşaçılar üçün çalışır. Biz daim keyfiyyətə, gözəlliyə qaçırıq. Bundan öncə etdiyimiz "Bacanaqlar" layihəsi Azərbaycanın ən uzunömürlü serialı idi. 10 illik tarixçəsi var. Azərbaycanda birinci, Asiya üzrə isə dördüncü yerdəyik. Daha sonra 11 il öncə "Arı şou" etdim, o da uğurlu alındı. Əslində, beynimdə yeni veriliş etmək ideyası var, amma ona uyğun ortam tapa bilmirəm. Əgər, doğru layihə olsa baxılar. Müəyyən səhvləri, çatışmazlıqları aradan qaldırsaq maraqlı və baxımlı veriliş etmək mümkündür". 

Aktyor bu yaxınlarda getdiyi Türkiyə səfəri haqda da danışıb: "Heç bir təklifi dəyərləndirmədim, çünki şəhanə deyildilər. İki, üç təklif aldım, o da təbii ki, rəhbərlik vəzifəsi deyildi. Sadə aktyorluq üzrə təkliflər aldım, amma qəbul etmədim. Çünki böyük oğlum 11-ci sinifdə oxuyur. Məktəb dəyişmələrini istəməzdim. Ona görə də, bəzi şeylərdə özümə görə yox, ailəmə görə yox demək məcburiyyətindəyəm. Həm də, orda sıfırdan başlamağının tərəfdarı deyiləm. Onlarda əsas izləyici kütləsi prodüserlik sahəsi üzrədir".

Elməddin Cəfərov bir müddət öncə onu tənqid edən Xalq artisti Rasim Balayevin fikrinə də münasibət bildirib: "Onun fikirlərinə normal yanaşıram, ağsaqqaldır. Sadəcə olaraq problemlərin çözümünü tapa bilmirəm. Mən də səhvlərimizi görürəm, amma yaxşı olardı ki, ağsaqqal bizə bu məsələdə köməklik etsəydi. Köhnə aktyorlar bəzən bizə məsləhət verirlər, bəzən isə ancaq pisləyirlər. Mən demirəm ki, pikəm, dahiyəm, məndən yoxdur. 1 milyon Elməddin var. Yaşar Nuri, Firəngiz Mütəllimova, Fatma Mahmudova ilə çalışmışıq, onlardan çox şeylər öyrənmişik. Amma digərləri bir az qıcıq yaradırlar".

Sevda Bayramova
Video - FOTO: Fərid Şabanov