Bakıda “Niva” ilə qadını öldürüb qaçdılar
    • 7-12-2019, 10:58
    • 1 057

Bakıda “Niva” ilə qadını öldürüb qaçdılar

Bakıda ölümlə nəticələnən yol qəzası törətmiş sürücü ilə bağlı Ali Məhkəməyə müraciət edilib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni, Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ölümə səbəb olduqda maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmiş Qasımov Vüqar Səfərqulu oğlunun işinə yenidən baxılacaq.

Ali Məhkəməyə daxil olmuş müraciət hakim Fərhad Kaızmovun icraatına verilib. Qeyd edək ki, fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yolu keçmək istəyən qadın piyadanı vuran sürücü yaxalanıb. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını vurub hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.

Faktla bağlı Qaradağ RPİ tərəfindən 17.02.2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 263.2 va 264-cü maddələri ilə cinayət işi başlanıb və sonradan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2 və 364-cü maddələrindən həmin Məcəllənin 263.3, 263-1.3 və 264-cü maddələrinə tövsif edilib. Qəza nəticəsində ölən şəxsin yaxınlarının verdiyi məlumatda bildirilir ki, Nəzakət Şahverdiyeva iki övlad anası idi. O uzun illər idi uşaqlarını tək böyüdürdü və mart ayında qızına nişan mərasimi keçirəcəkdi.