-
- 24-10-2019, 11:34
- 1 507
Bakıda maşınla qızı vurub öldürən şəxslə bağlı ŞOK FAKT
Bakıda ağır yol qəzası törətmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsində Cəbiyev Elşən Rafiq oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni, sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin istismar qaydasını pozma - ölümlə nəticələndikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə bu ilin iyul ayının 20-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini E.Cəbiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Lalə Əliyevanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlum olub ki, sürücü hadisə zamanı avtomobili sürmək hüququ olmayıb.