Hövsanda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
    • 9-12-2019, 13:21
    • 835

Hövsanda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi, 1946-cı il təvəllüdlü Ələkbərov Sahib Əhməd oğlunu vurub və nəticədə piyada hadisə yerində ölüb.