Avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ
    • 5-02-2020, 12:18
    • 1 031

Avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bu barədə News24.az-ın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 4-də, saat 6 radələrində, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.