-
- 9-12-2019, 16:21
- 2 558
Ömrünü ögey övladlarına həsr edən Zöhrə nənə: "TƏK QALMIŞAM..." - VİDEO
“Evimin tavanı dəlik-deşikdir, yağan yağış başıma tökülür, mənə kömək edin”.
Bu sözləri 68 yaşlı Masallı rayonu Miyankü kənd sakini Zöhrə Abbasova deyib. Ağbirçək nənə News24.az-a müraciət edərək əlaqədar qurumlardan kömək istəyir.
Onun sözlərinə görə, yaşadığı ev yararsız vəziyyətdədir: “Divarlar partlayıb. Tavan tökülüb, yağan yağış evə tökülür. Əlim-ayağım soyuqdan buz kəsib”.
Zöhrə Abbasovanın dediyinə görə, həyat yoldaşı dünyasını dəyişəndən bu qəzalı damın altında tək qalıb: “Yoldaşım illərdir rəhmətə gedib. Onun birinci həyat yoldaşından olan balalarına analıq elədim. Amma sonra hamısı məni atıb getdilər. Məni bu köhnə evdə tək qoydular. İndi kömək istəyəcək heç kimim yoxdur. Mən bu evi təkbaşına necə təmir edim, həm yaşlı, həm də xəstə adamam”.
Zöhrə nənə deyir ki, aldığı pensiya dolanışığına güclə çatır: “46 il məktəbdə müəllim işləmişəm, 65 yaşım tamam olanda təqaüdə çıxdım. İndi o zəhmətimin əvəzində mənə verilən pensiya ilə yaşayıram. Onun da yarısını müalicəmə, dava-dərmanıma xərcləyirəm. Onurğamda problemim var, tez-tez həkimə gedib müalicə alıram. Mən o pulla necə ev düzəltdirim?”
Zöhrə nənənin bir problemi də həyətində suyun olmamasıdır: “Kəndimizdə hamı su quyusundan istifadə edir. Mənim həyətimdəki quyuda su yoxdur deyə, qonşunun həyətindən su daşıyıram. Xəstə halımla hər gün vedrə-vedrə su gətirməyə məcburam. Bu yaşımda əlimdə vedrə qonşu qapılarında qalmışam. Allah xatirinə, mənə kömək edin...”.
Afaq Mirayiq