Azərbaycanda uşaqlar üçün “Göy mıncıx" nağılı biabırçılığı - FOTO
    • 31-08-2018, 18:12
    • 8 199

Azərbaycanda uşaqlar üçün “Göy mıncıx" nağılı biabırçılığı - FOTO

İbtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan “Azərbaycan Nağılları” kitabında  və müvafiq saytda yerləşdirilmiş  “Göy mıncıx” nağılı valideynlər tərəfindən böyük narazılıqla qarşılanıb və müzakirələrə səbəb olub.  Haqlı narazılıqdır.
Birincisi bu nağılın nə məqsədə və amala xidmət etdiyini anlamaq olmur, tərbiyəvi məqsəd daşımır, əksinə uşaq psixologiyasını əməlli- başlı qarışdıracaq şəkildə yazılıb. Nağıl başdan-başa zorakılığı, kobudluğu, ailə içi şiddəti təbliğ edir. Bunları da bir kənara qoysaq, nağılı dərc edən şəxslərin Azərbaycan ədəbi dilindən sanki xəbərləri yoxdur. Bəlkə də özlərinə haqq qazandırıb," şifahi xalq ədəbiyyatıdır, xalq dilini qoruyuruq" deyəcəklər, lakin burda xalq yaradıcılığından əsər-əlamət yoxdur. Üstəlik xalq yaradıcılığımızda bal kimi şirin, əsrlərin sınağından çıxmış, igidliyə, vətənpərvərliyə, cəsurluğa, bir sözlə humanizmə dəvət edən o qədər maraqlı əfsanə və nağıllar varkən uşaqların beynini " öy mıncıq"la  (bəli muncuq deyil, məhz mıncıq olaraq yazılıb) korşaltmağın nə mənası var?  

News24.az həmin kitabdakı paylaşımı diqqətinizə çatdırır: