-
- 2-12-2019, 14:16
- 2 369
"Afaq Bəşirqızı deputatlığa namizədliyini versə..." - GƏNC AKTRİSA
"Qış nağılı" filminin ərsəyə gəlməsində çox böyük problemlərlə qarşılaşsaq da, nəticə gözəl oldu. Məncə, film hər kəs tərəfindən maraqla qarşılandı. İlk dəfəydi belə bir obrazı canlandırırdım. Hər yerdə dram, faciə oynayırdım, amma bu dəfə özümü təkrar komediyada sınadım. Ümid edirəm ki, bu rolum tamaşaçıların ürəyinə yol tapacaq. Çəkilişlər çox maraqlı və rəngarəng idi. Həqiqətən də hər şey qış nağılına bənzəyirdi. Əminəm ki, ikinci hissə də maraqlı olacaq".
Bu sözləri gənc aktrisa Günel Məmmədova News24.az-a açıqlamasında deyib. O, qeyd edib ki, filmin iki hissədən ibarət olmasını elə təqdimat gecəsində öyrənib: "Mən də sizin kimi bu gün bu haqda öyrəndim. İkinci seriya dekabrın 19-dan etibarən kinotetrlarda yayımlanacaq".
Gənc aktrisa Xalq artisti Murad Dadaşovla tərəf-müqabili olmasından da danışıb: "Çox maraqlı məqamlar oldu. Çəkiliş zamanı çox güldük. Onun nə qədər pozitiv, əyləncəli insan olduğunu bir daha gördüm. Muradı hər kəs çox gözəl tanıyır. Bilirlər ki, çəkilişə Murad gəlibsə, vəssalam...Hər kəsi ələ alıb güldürəcək. Baxmayaraq ki, Muradla birinci dəfədir çəkilirdim, birgə işimizdən zövq aldım. Onu qiyabı tanıyırdım, amma filmdən sonra yaxından tanış olduq".
Günel Məmmədova bu filmin 2019-ci ildəki uğurlarından biri olduğunu qeyd edib: "Bu il mənim üçün çox uğurlu və məhsuldar oldu. Həm xaricdə, həm də burda bir çox filmlərdə çəkildim. Bununla yanaşı, bir neçə tamaşa ilə də izləyicilərimizin qarşısına çıxdım. Xüsusilə Firəngiz obrazım tamaşaçıların ürəyinə yol tapmağı bacardı".
G. Məmmədova 2020-ci il üçün nəzərdə tutulan planlarından danışıb: "Hələ ki, ürəyimcə olan təklif yoxdur, amma xaricdə çəkildiyim filmin təqdimatı gerçəkləşəcək. Ümid edirəm, yeni ildə də çoxlu maraqlı layihələr olacaq".
“Qış nağılı”nda tez-tez tənqid olunan aktyorlarla tərəf-müqabilisiniz. Siz tənqidlərə hədəf olacağınızdan ehtiyat etmirsiniz?” sualına aktrisadan maraqlı cavab gəlib: "Var həvəskar, var peşəkar aktyor. Əgər, insanın həqiqətən də istedadı varsa, o, hər bir janrda peşəkarlıq nümayış etdirir. Baxın, "Qış nağılı" filmi də kommersiya layihəsidir, amma nə qədər səliqəli çəkilib. Zarafatlar yerində, aktyorlar peşəkar. Hətta kütləq arasında qəbul olunmayan həvəskar aktyorlar belə, tam başqa ampluada qarşımıza çıxdı. Burda hər şey rejissordan aslıdır. Rejissor ən istedadsız aktyoru belə elə oynada bilər ki, baxıb söz tapa bilməzsən. O ki, qaldı tənqidlərə...Tənqid yaxşı bir şeydir. Tənqid olunan aktyorlara deyilən sözlərdə hardasa haqq varsa, nahaq da var. Hər kəs öz adını qoruyur".
Aktrisa Günel Məmmədova Xalq artisti Afaq Bəşirqızın millət vəkilliyinə namizədliyini irəli sürməsindən də danışıb: "Afaq xanımın millət vəkili olmasını çox istəyərdim və buna sevinərəm. Niyə də olmasın?! Afaq xanımı sənətkar kimi çox sevirəm. Çünki o daim aktyorlara dəstək olub. Əgər, o namizədliyini irəli sürsə, ilk olaraq mən onun yanında olacam".
Sevda Bayramova