-
- 11-12-2019, 22:13
- 1 016
İcra Hakimiyyətindən sabiq şöbə müdiri ilə bağlı AÇIQLAMA
Nərimanov rayon İcra Hakimiyyəti keçmiş şöbə müdirinin ölkədən qaçması haqda yayılan məlumata münasibət bildirib.
News24.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi saytlarda Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Rəfail Abdullayevlə bağlı getmiş məlumatlar yanlışdır:
“Abdullayev Rəfail Hüseynqulu oğlu 2017-ci il sentyabrın 13-dən etibarən Nərimanov Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2019-cu il sentyabrın 16-da isə öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hazırda bizdə olan məlumata görə, biznes fəaliyyəti ilə məşğuldur. Saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir”.