Məktəb direktoru qəflətən dünyasını dəyişib
    • 12-12-2019, 00:16
    • 1 430

Məktəb direktoru qəflətən dünyasını dəyişib

Qaxda 62 yaşlı məktəb direktoru qəflətən dünyasını dəyişib.
News24.az xəbər verir ki, Qax şəhər 5 saylı tam orta məktəbin direktoru, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri, 1957-ci il təvəllüdlü Sevil Musa qızı Əsgərova bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, 62 yaşlı Sevil Əsgərova 10 ildən çox idi ki, şəhər 5 saylı orta məktəbə rəhbərlik edirdi.
O, həm də 5 ildən artıq bir müddət idi ki, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri idi.