Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdi – FOTOLAR
    • 12-12-2019, 15:39
    • 744

Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdi – FOTOLAR

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

News24.az xəbər verir ki, bu gün dövlət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər.

Bu gün minlərlə insan Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyublar. Eyni zamanda, ümumilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Müəllimlər, orta məktəb şagirdləri də ulu öndərin xatirəsinə olan sevgisini anım mərasiminə qatılaraq bildiriblər.

Afaq Mirayiq 

Foto: Fərid Şabanov