-
- 13-12-2019, 12:36
- 4 485
“Millət vəkili insanların qayğısına qalan şəxslər olmalıdır" – RUHİ ƏLİYEVA – VİDEOMÜSAHİBƏ - FOTOLAR
“Mehriban xanım Əliyeva xeyriyyəçiliyi ilə hamımıza örnəkdir”. Bu sözlərin müəllifi dövlət strategiyasının xeyriyyəçilik yolunu layiqincə davam etdirən, bunu bir vətəndaş kimi borcu hesab edən Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevadır. İşgüzar xanım artıq 4 ildir ki, “Qadın şiddətə son!” deyərək, bu missiyanı da həyata keçirir. Ruhi Əliyevayla görüşümüz də bu layihədən sonrakı dövrə təsadüf etdi. Bu səbəbdən də müsahibəyə sözügedən layihənin yekunları ilə bağlı sualla başlamaq qərarına gəldik.
Azərbaycanlı iş xanımı Ruhi Əliyevanın News24.az-a eksklüziv müsahibəsini təqdim edirik.
- Ruhi xanım, xoş gördük. Ovqatınız necədir?
- Çox sağ olun, yaxşıyam. Təbii ki, böyük layihədən sonra bir az yorğunam.
- Layihədən söz düşmüşkən, artıq dörd ildir ki, bu çətin missiyanı öz üzərinizə götürmüsünüz. Çətin deyil ki?
- Təbii ki, çox çətindir. Siz də bir komanda kimi bu layihədə iştirak etdiniz. Düzdür, çətindir, məsuliyyətlidir, amma eyni zamanda çox şərəflidir. Biz qadın olaraq daim həmcinslərimizin yanındayıq. Əslində bu cür məsələlərdə kişilər qadınların yanında olmadırlar. Çox istəyir və arzu edirəm ki, gələn il bu layihəyə ehtiyac qalmasın. Heç bir qadın şiddət, işgəncə görməsin. Yəqin ki, get-gedə kişilərimizdə mərhəmət hissi artacaq, onlar övladları qarşısında atalıq məsuliyyətini tam dərk edəcəklər. Əgər bir evdə qadın şiddət görür, ananın üzü gülmürsə, təbii ki, heç bir övlad xoşbəxt ola, şəxsiyyət kimi formalaşa, vətənpərvər, ailəcanlı, gələcək üçün yararlı vətəndaş ola bilməz. Çünki o övlad psixoloji təsir altındadırsa, onun gözü qarşısında anasına işgəncə verilirsə, gələcəyi puç olur. Ümid edirəm ki, atalar vaxtında bunu anlayacaqlar. Hazırda bir çox ailələrdə zorakılıq halları baş verir, münaqişələr yaşanır. Baldız-gəlin, qayınana-gəlin arasında xoşagəlməz hadisələr baş verir. Bu səbəbdən belə maarifləndirici layihələrin sayı çox olsa, yaxşı olar. Televiziyalarda da bu cür sosial yüklü, qadına hörmət aşılayan layihələrə çox yer verilsə, zənnimcə, insanlar öz hüquqlarını az da olsa qoruya bilmək cəsarəti tapar, hüquqları uğrunda mübarizə apararlar.
Erkən nikahlar bağlanır, həddi-buluğa çatmamış, 16-17 yaşda qızlarımızı nikaha sürükləyirlər və bu da sonunda çox böyük bədbəxtliklərə səbəb olur. 18 yaşında qız uşağı nə anlaya bilər?
- Bəziləri belə düşünür ki, Ruhi Əliyeva özü şiddətə məruz qaldığı üçün bu cür layihələr həyata keçirir...
- Hər bir qadın şiddətə məruz qalıb və qalır. Şərt o deyil ki, fiziki şiddət görəsən. Bir qadln olaraq mən də təbii ki, psixoloji şiddətə məruz qalmışam. Bəlkə hələ də qalmaqdayam... Hər zaman demişəm, heç bir qadın deyə bilməz ki, mən şiddətə məruz qalmamışam. Bu, mümkün deyil. Bilmirəm, bəlkə də insanlar özlərini buna inandırırlar, amma mən çox realist biriyəm. Məhz buna görə də hər zaman reallıqları qəbul etmişəm. Layihəyə gəlincə, dörd il bundan əvvəl mənə belə bir təklif gəldi. Özümü öymək kimi çıxmasın, həyatımda qətiyyən belə bir şey yoxdur. Atalarımız demiş, “Ağac bar verdikdə, başını aşağı əyər”. Hər zaman istəmişəm ki, şükran, alçaq könüllü olum və şükürlər olsun ki, bunu əldə edirəm. Təbii ki, elə insanlar var, məni soyuqqanlı sayırlar, deyirlər, Ruhi buz kimidir, mərhəmətli deyil. Əsla belə deyil. Əksinə, həmişə insanlara, xüsusən, qadınlara münasibətdə mərhəmətli olmağa çalışmışam, hər zaman qadınlarımızın, qızlarımızın yanında olmuşam. Həmişə istəmişəm ki, az da olsa, qadınlarımıza köməyim dəysin. Yol getmişəm, tanımadığım bir qadının yağışın altında qaldığını görüb onu qucağıma alıb evimə gətirmişəm. Aylarla ona baxmışam və heç kimin bundan xəbəri olmayıb. O adam ailəsindən dəhşətli şiddət görüb, amma sonunda çox gözəl iş tapıb, ailə qurub, artıq övladları da var. Amma heç bir zaman bunun mətbuatda işıqlandırılmasını istəməmişəm. Çünki bunu düzgün hesab eləməmişəm. Sonralarsa düşündüm ki, biz bunları saxladıqca, insanların içindəki mərhəmət hissləri gizlənir. İçində sevgi və mərhəmət hissi olan insanlar belələrinə kömək etmək istəmirlər. Bu düşüncə məni həmin təklifi qəbul etməyə vadar etdi. Və bu layihəni həyata keçirməyimə zəmin yaratdı. İnsanın içində mütləq mərhəmət hissi olmalıdır.
- Sözsüz, əgər bir insanın ürəyində vicdan və mərhəmət hissi varsa, deməli, o insan olmağı bacarıb. Hər kəs adam olaraq dünyaya gəlir, amma insan olmağı zamanla bacarırsan. Kimi bunu bacarır, kimisə yox... Yardım üçün müraciət edənləri özünüz dinləyirsiniz, onların problemi ilə yaxından maraqlanırsınız. Bu cür hallar Sizi neqativə kökləmir?
- Hər bir insanın həyat hekayəsini dinləmək təbii ki, çox ağırdır. Yalan deməyəcəm, son zamanlar çox insanları özüm dinləmirəm. Çox həssas və kövrəyəm. Sənə yalan deyə bilmərəm, kimsə ağır həyat hekayəsini danışanda elə bilirəm ki, o hadisələri mən yaşamışam, ağır stress keçirirəm. Aylarla həmin hadisələrin təsirindən çıxa bilmirəm. Son zamanlar bu işləri köməkçim Aytəkin xanıma həvalə etmişəm. Yardım üçün müraciət edənlərin çox ciddi yoxlanılmasını tapşırmışam.
- Bu gün dövlət rəhbərliyinin strategiyasıı da məhz xeyriyyəçilik, qayğıkeşlik üzərində qurulub. Siz də bu yolun davamçılarındansınız.
- Əlbəttə, ailə başçısı necədirsə, ailə üzvləri də çalışır ki, onun davamçısı olsun. Mehriban xanım Əliyevanın xeyriyyəçiliyi, daxilində olan mərhəmət hissi hamımıza örnəkdir. Mehriban xanım şəhid analarımızın, qadınlarımızın problemini dinləyir, onlara dəstək olur. Biz də bir Azərbaycan xanımı, Azərbaycan vətəndaşı kimi Mehriban xanımın bu cür nəcib təşəbbüslərinə dəstək olmalıyıq. Hər şeyi dövlətdən gözləmək doğru deyil, fərd olaraq hər birimiz cəmiyyətdəki problemlərin həllində iştirak etməli, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Ölkə rəhbərlərimizin vətəndaşlarımıza qayğı ilə yanaşmasıyla fəxr edirəm. Biz də onlardan nümunə götürürük. Bir xanım kimi Mehriban Əliyeva hər zaman məni heyrətləndirir, onun bir-birindən gözəl işlərinə, cəmiyyətimiz üçün vacib addımlarına sevinirəm.
- Bu gün evinizdə iki oğul övladı, Azərbaycan əsgəri böyüdürsünüz və qadına şiddətə son deyirsiniz. Bu baxımdan oğullarınızı hansı ruhda böyüdürsünüz?
- Çox ailələrdə görmüşəm, uşağın eşitməməli olduğu sözləri onların yanında danışırlar. Bu məni dəhşətə gətirir. Onların arasında vəzifəli şəxslər, müəllimlər, həkimlər də olub. Belə halları görəndə düşünmüşəm ki, mən necə ana olacam. Bəlkə də 20-25 yaşımda ana olsaydım, bunları dərk etməzdim. Övladlarımı gələcəyə, cəmiyyətə yararlı vətəndaş, sağlam və nümunəvi insan kimi böyütməyə çalışıram. Allah mənə can sağlığı versin və mən bunu onlardan tələb edə bilim. Dostluq etdiyimiz bir məmur ailəsi var, o ailənin xanımının sözü mənim üçün önəmlidir, bu yaxınlarda da birgə səfərdə olmuşduq. Qadın olaraq çox qürurlandım, çünki dünyagörmüş və övladlarını layiqincə yetişdirmiş bir xanımdır. Dedi ki, Ruhi, mən sənin övladlarınla rəftarına heyran qalıram. Övladlarımın səhvi olsa belə, səs tonumu qaldırmaram. Əyləşdirirəm yanımda və deyirəm, əzizim, canım, gözüm, belə olmaz. Onlar gedir, səhvlərini anlayıb qayıdıb üzr istəyirlər. Övladlara hər şeyi sevgiylə, şəfqətlə başa salmaq lazımdır, davayla, qışqırıqla yox. Övlad evdə valideynindən nə görürsə, əlbəttə ki, cəmiyyətə, ailəsinə də onu göstərəcək.
- Deməli, ailədə sevgi, diqqət görməyən uşaq sabah cəmiyyət üçün də yararlı ola bilmir?
- Bəli. Öz ətrafıma gördüklərimə əsasən deyə bilərəm ki, bu, belədir. Ailədə övladlara nə qədər çox diqqət və sevgi olarsa, sabah onlar cəmiyyət üçün bir o qədər faydalı vətəndaş olar.
- Bir qadın üçün ən müqəddəs zirvə analıqdır. Siz o zirvəni necə əldə etmisiniz?
- Sözün həqiqi mənasında ölüm kağızına imza ataraq. Analıq mənim üçün İlahi hissdir. Düşünürdüm ki, ana olandan sonra mənim heç bir istəyim, arzum olmaz. Amma demək ki, elə deyil, arzular tükənməzdir. Ana olduqdan sonra artıq hər arzunun başında övladlar gəlir. Allah bütün qadınlara ana olmaq hissini dadmağı nəsib etsin.
- İki oğul anasısınız, bəs, qız anası olmağı arzu etməmisiniz?
- Əslində heç bir zaman qız anası olmaq istəməmişəm. Əgər qızım olsaydı, üzərimdə çətin və çox məsuliyyətli bir yükün olduğunu düşünərdim. Qız övladı həqiqətən başqa bir məsuliyyətdir. Qızım olsaydı, onun hər şeyi bacarmasını istərdim. Musiqini bilməli, evinin xanımı olmağı bacarmalı, biçib-tikməyi öyrənməliydi. Qız övladını çox daha fərqli görürəm. İstəyərdim ki, qızım hər şeyi bilsin. Əlbəttə, ilk növbətə qız övladımın təhsilinin daha mükəmməl olması üçün çalışardım. İnşallah, qız nəvələrim olar.
- 10 il bundan əvvələ nəzər saldıqda, Ruhi Əliyeva bir başqa ampluada idi. Daha çılğın, həyat və insanlar haqqında fərqli düşüncəyə sahib bir xanım. Bu gün isə tamam fərqli Ruhi Əliyeva ilə qarşı-qarşıyayıq. Bu dəyişikliyiin səbəbi nədir?
- 10 il bundan əvvələ dönsək, mən daha çılğın, daha həssas idim. Həssaslığım yenə də qalır, amma çılğınlığım keçib. Son zamanlar bunu yaşla da əlaqələndirə bilərəm. Yaş artdıqca zatən insan hərəkətlərinə, addımlarına daha çox fikir verir. Amma məni Həcc yolu dəyişdi. Həcc ziyarətindən gəldikdən sonra səs tonumu qaldırdıqda, kimsə Hacıxanım deyəndə tez özümü yığışdırırdım. “Hacıxanım” sözü məndə məsuliyyəti daha da çoxaltdı. Ana olduqdan sonra isə bu məsuliyyət daha da artdı. Qadın ana olduqdan sonra hər bir addımını məhz övladlarını düşünərək atır. Hər bir hərəkətin əvvəlində övlad göz önünə gəlir. İstər Həcc ziyarəti, istərsə analıq, hər biri yeni statusdur.
- Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüsünüz. Eyni zamanda Azərbaycanın üzdə olan işgüzar xanımısınız. Bilirsiniz ki, 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Sizin nə zamansa millət vəkili olmaq iddianız olubmu?
- Heç bir zaman millət vəkili olmaq iddiasında olmamışam. Hətta bir neçə il bundan əvvəl yenicə YAP Qadınlar Şurasının üzvlüyünə qəbul olunmuşdum, o zaman mənə təklif edildi ki, sən də öz CV-ni təqdim edib seçkilərə qatıla bilərsən və bunun öhdəsindən də layiqincə gələrsən. O zaman özümü orda görmədim. Dövlətimi və millətimi sevən bir insanam. Elə bir sual verdin ki, həmişə bu sualdan qaçmışam, yenə də qaçmaq istəyirəm. Həm də bu son zamanlar daha çox dəbə minib: “Filankəs deputat olmaq istəyir” deyirlər. Hətta layiq olmayan insanlar belə millət vəkili olmağa can atırlar. Millət vəkili millətin qayğısına qala, bu işin öhdəsindən layiqincə gələ və sözünü keçirə biləcək bir insan olmalıdır. Hər yerindən duran millət vəkili ola bilməz. Dövlətimiz son zamanlar gənclərə daha çox üstünlük verir. Təbii ki, harasa təyin etsələr, dövlətimin qulluğunda dayanaram, işimi sevə-sevə, layiqincə yerinə yetirərəm.
- Sizin imza atdığınız layihələr bir çox hallarda ailə, qadın, uşaq, zorakılıq və şiddətlə bağlı olur. Azərbaycanda bu işləri etməli olan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi var. Adını çəkdiyim qurum bu işin öhdəsindən layiqincə gəlmirmi ki, bu missiyanı Siz həyata keçirirsiniz?
- Bilirsinizmi, mən bu məsələlərdə kimisə günahlandırmaq istəmirəm. Təbii ki, mənim də o qurumdan gözlədiyim bəzi məsələlər var idi ki, onları görmədim. Hətta tədbirlərimizə dəvət etdik, ötən il tədbirimizə gənc bir nümayəndə göndərmişdilər. Əgər bizim kimi vətəndaşlar bu layihələri edir, çiynimizi bu yükün altına veririksə, çox istərdim ki, onlar da lazımi dəstək versinlər. Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var.
- İctimai işlər, yoxsa biznes adamı olmaq Sizə daha yaxındır?
- Elə cəm şəkildə deyəcəm ki, işgüzar xanım olmaq ruhuma daha yaxındır.
- Azərbaycandan köçüb Rusiyada yaşamağı heç düşünmüsünüzmü?
- Başqa dövlətdə yaşamağı düşünmüşəm, amma Rusiyada köçüb yaşamağı heç fikirləşməmişəm belə. Türkiyədə yaşaya bilərəm, dili dilimdən, dinimiz eyni. Hətta övladlarımı Türkiyədə dünyaya gətirdim, amma Türkiyə vətəndaşı olmalarını qətiyyən istəmədim. Doğum şəhadətnamələrini belə Türkiyədən almadım. Həkim kağızlarını təqdim edib doğum şəhadətnamələrini Azərbaycandan almışam. Oğullarım Azərbaycan vətəndaşıdırlar. Mən vətənpərvər insanam.
- Siz həm də youtube bloggeri olaraq fəaliyyət göstərir, mətbəx məharətinizi nümayiş etdirirsiniz. Maraqlıdır, həyat yoldaşınızın Sizin əlinizdən ən xoşladığı yemək hansıdır?
- Əriştəli sup.
- Gəlinləriniz bişirməyi bacarmasa, onlara necə, mətbəxinizin sirrlərini öyrədərsinizmi?
- Təbii ki, öyrədərəm. Elə mən əminəm ki, gəlinlərim bişirə bilməyəcək (gülür). Elə bir dövrə gəlib çıxmışıq ki, hər şey robotlaşıb. Bəlkə də illər sonra artıq mətbəx işlərini yerinə yetirəcək bir işçi olacaq. Amma gəlinlərimə çox çətin olacaq, çünki oğullarım əlimin dadını bilirlər, bəzi yeməklər var ki, oğlanlarım onları məhz mənim hazırlamağımı istəyirlər. Deyirlər, onu anam bişirməlidir. Başqasının əli həmin yeməyə dəyəndə o dadı hiss etmirlər. Belə olsa, gəlinlərim məni evdən qovacaqlar (gülür).
- Həyat yoldaşınız sizə qadağalar qoyurmu?
- Qətiyyən, amma o insana çox böyük hörmətim, sevgim olduğuna görə, bir addım atanda “o buna necə yanaşacaq” düşüncəsiylə hərəkət edirəm. Ən başda hörmət gəlir.
- Bu gün kənardan baxanda Ruhi Əliyeva hər şeyə sahibdir.
- Hə, düz dedin, kənardan baxanda...
- Düşünürlər ki, Ruhi Əliyeva hər şeyə sahibdir. Pulu, imkanı, işi, övladları... Mən indi Sizdən sual edirəm, həyatınızda nə çatışmır?
- Təbii ki, həyatımda çatışmayan bir çox şeylər var. Amma həyatımdan məmnunam. Nələrimsə varsa da onlarla qane oluram. Çatışmayan bəzi şeylər var əlbəttə, onlar faciəli nələrsə deyil. Onlarsız da keçinmək olur. Həyatımdan razı və rahatam.
- İstanbulda sizin rəhbərliyiniz altında “Liatris Yapım” şirkəti də faəliyyət göstərir. Və sizin maliyyə vəsaitiniz hesabına artıq “Ağır romantik” adlı ilk film çəkilib. Hətta fraqmanı da hazırdır. Fraqmanına baxdıqdan sonra məlum olur ki, bu filmə külli miqdarda pul xərclənib. Bu məbləği açıqlaya bilərsinizmi?
- Xeyr, o vəsaiti hələ ki açıqlamayacam. Bəlkə gələcəkdə deyərəm. Amma həqiqətən də külli miqdarda vəsait xərclənib.
- Sizi film sektoruna cəlb edən nə oldu?
- Əslində ssenari xoşuma gəldi. Liatris Holding olaraq bir neçə konsertlər elədik, düşündüm ki, bu da olsa, daha yaxşı olar. Belə qərara gəldik ki, film uğurlu alınsa, davam edərik. Ola bilsin ki, bu sektorda yeni işlərimiz olacaq.
- Son olaraq bilmək istərdik, zərgərlik mağazasının sahibəsi kimi bijuteriyalardan istifadə edirsinizmi?
- Çox nadir hallarda. Bijuteriyaları çox sevirəm, amma dərim allergiyaya meylli olduğuna görə çox az istifadə edirəm.
- Müsahibəyə razılıq verdiyiniz və səmimi olduğunuz üçün təşəkkür edirəm.
- Onu da oxuculara demək istərdim ki, çox nadir hallarda müsahibə verirəm və bu zaman mütləq suallarla öncədən özüm tanış oluram. Amma bu dəfə çox fərqli oldu, çünki sualları mənə göstərməkdən imtina etdin (gülür). Məhz bu fərqliliyə görə sizə də təşəkkür edirəm.
Ülkər Qasımova
Foto/Video: Fərid Şabanov