Zənurə Talıbova yeni vəzifəyə təyin olundu
    • 13-12-2019, 12:20
    • 2 026

Zənurə Talıbova yeni vəzifəyə təyin olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub.

News24.az-ın xəbərinə görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Zənurə Talıbova təhsilinə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb. Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. Uzun müddət televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 40-a qədər (veb-saytlar, elektron portallar, sosial şəbəkələrdə və vikipediyada səhifələr və s.) elektron resurs üzərindən güclü kommunikasiya həyata keçirir. //APA