Dərsə gecikən şagirdi cəzalandırdı, ölümünə səbəb oldu - Sumqayıtda
    • 1-09-2018, 10:40
    • 947

Dərsə gecikən şagirdi cəzalandırdı, ölümünə səbəb oldu - Sumqayıtda

11-ci sinif şagirdinin ölümünə səbəb olan direktor müavini yenidən şikayət edib.

Cinayət məcəlləsinin 309.2 (Vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olma) maddəsi ilə məhkum olunan Hacıyev Qəfər Hacı oğlunun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi İnqilab Nəsirov sədrlik edəcək.

Belə ki, 2017-ci ilin oktyabr ayında Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb. 
Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il, mayın 13-də dərsə gecikmiş 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin gecikmə hallarının qarşısını almaq fikrinə düşüb.

O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə o, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, Azad İlyasov ürək çatışmazlığından ölüb.

//Ölkə.az