Bakıda evdən 16 min manatlıq oğurluq
    • 10-01-2020, 13:36
    • 1 244

Bakıda evdən 16 min manatlıq oğurluq

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 5500 manat, 1000 dollar və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.