Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
    • 14-12-2019, 16:51
    • 810

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

News24.az
-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.
Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".