İlham Əliyev Özbəkistanın dövlət başçısını TƏBRİK EDİR
    • 31-08-2019, 15:37
    • 986

İlham Əliyev Özbəkistanın dövlət başçısını TƏBRİK EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

News24.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Şavkat Miromonoviç, 
Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh və firavanlıq diləyirəm".