Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib
    • 26-09-2018, 19:00
    • 1 276

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Türkmənistan münasibətləri ortaq dəyər və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim sülh və rifah diləyirəm".