-
- 15-12-2019, 01:58
- 1 203
Bakıda III "ZİMA” festivalı baş tutdu - VİDEO - FOTOLAR
Heydər Əliyev Sarayında "Beat Group" şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti "Zima-2019" Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib. Qonaqlar sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətseverlər, musiqiçilər olub.
News24.az xəbər verir ki, iştirakçılar ilk olaraq qırmızı xalı üzərindən keçərək, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Azyaşlılarının sözlərinə görə, “ZİMA” festivalı onların gələcək karyera yollarında əvəzsiz rol oynayacaq. İştirakçılar həmçinin qeyd ediblər ki, festival onlar üçün müxtəlif xalqların balaca nümayəndələri ilə də dostluq körpüsünü yaradıb.
Daha sonra isə iştirakçılar səhnəyə çıxaraq bir-birindən maraqlı və rəngarəng ifalarını nümayiş etdiriblər.
Qeyd edək ki, bu il festivalın seçimlərində 110 nəfər iştirak edib, onlar arasından 20 ən güclü uşaq şeçilib.
Sevda Bayramova
Video: Fərid Şabanov