Leyla Əliyevanın oğlu “Zima” festivalında çıxış edəcək
    • 15-01-2019, 14:06
    • 1 584

Leyla Əliyevanın oğlu “Zima” festivalında çıxış edəcək

Leyla Əliyevanın oğlu “Zima” festivalında çıxış edəcək.

Fevralın 16-da Heydər Əliyev Sarayında estrada musiqisi üzrə “Zima” uşaq musiqi festivalının növbəti mövsümü start götürür.

Festivalda  həm ölkəmizdən, həm də uzaq və yaxın regionlardan olan istedadlı uşaqlar iştirak edəcək.

“Zima” festivalında iştirak üçün seçim turundan yalnız 24 gənc istedad keçə bilib, onlardan üçü xaricidir.

Festivalın iştirakçılarından biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarovdur.


“Əlinin 10 yaşı var. O, “Oxbridge Academy”də oxuyur. Asudə vaxtlarında dostları ilə “Fortnite” onlayn videooyununu oynayır, musiqi dinləyir. Ən sevimli ifaçısı - Elceydir, məhz onun sayəsində Əlidə özünü təkcə onlayn oyunlara deyil, həm də musiqiyə həsr etmək istəyi yaranıb. Əlinin tezliklə Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm çıxış etməsini arzulayırıq”, - deyə beynəlxalq uşaq musiqi festivalının Instagram səhifəsində qeyd olunur.
Qeyd edək ki, uşaq musiqi festivalının iştirakçıları diplomlarla təltif olunacaqlar.