Metroda DƏHŞƏT -epilepsiya xəstəsi relslərin üzərinə yıxıldı
    • 15-12-2019, 14:47
    • 1 778

Metroda DƏHŞƏT -epilepsiya xəstəsi relslərin üzərinə yıxıldı

Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında epilepsiya xəstəsi olan sərnişin relslərin üzərinə yıxılıb.
Bu barədə News24.az-a açıqlamasında Metropolitenin mətbuat xidmətinin rəhbəri  Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hadisə səhər saat 08:33 radələrində baş verib:
“Hadisə metronun Elmlər Akademiyası istiqamətində olan “İkinci yol” adlandırdığımız yerdə baş verib. 20 yaşlı oğlan yıxılan zaman dərhal təmas relsindən gərginlik çıxarılıb. Təcili tibbi yardım dəvət olunub. Metropoliten işçiləri və metro polisinin köməyi ilə sərnişin çıxarılıb. Həkimlərin müayinəsindən sonra yıxılan şəxsin epilepsiya xəstəsi olduğu məlum olub. Ona yerindəcə yardım göstərilib və daha sonra sərnişin yoluna davam edib.
Baş verən hadisə qatarların hərəkət qrafikinə heç bir təsir göstərməyib, interval olduğu kimi qalıb”.