Bu dəfə dəm qazı nənə və nəvənin HƏYATINA SON QOYDU
    • 16-12-2019, 11:28
    • 933

Bu dəfə dəm qazı nənə və nəvənin HƏYATINA SON QOYDU

Bakıda iki nəfər dəm qazından boğulub.

News24.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.
Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. //APA