Bakıda küçədən kişi meyiti TAPILDI
    • 16-12-2019, 15:34
    • 718

Bakıda küçədən kişi meyiti TAPILDI

Bakıda ölüm hadisəsi baş verib.

Hadisə Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb. Aparılan araşdırmalar nəticəsində meyitin məcburi köçkün, 1955-ci il təvəllüdlü Orucov Valeh Həsrət oğlununa aid olması müəyyən edilib.

V. Orucovun ölüm səbəbi Yasamal rayon Prokurorluğu tərəfindən araşdırılır. /apa/